ADAU-da Biotəhlükəsizlik və biomühafizə mövzusunda təlim keçiriləcək

17 Fevral, 2025 - 17:08
ADAU-da Biotəhlükəsizlik və biomühafizə mövzusunda təlim keçiriləcək
ADAU-da Biotəhlükəsizlik və biomühafizə mövzusunda təlim keçiriləcək
ADAU-da Biotəhlükəsizlik və biomühafizə mövzusunda təlim keçiriləcək

Fevralın 25-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Biotəhlükəsizlik və Biomühafizə” mövzusunda təlim təşkil olunacaq. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, təlim bioloji materiallarla işləyən mütəxəssislərin bilik və bacarıqlarını artırmaq, eləcə də laboratoriya şəraitində təhlükəsiz iş prinsiplərini öyrətmək məqsədi daşıyır.

Baytarlıq təbabəti fakültəsinin dekanı, dosent Şəlalə Zeynalova tərəfindən keçiriləcək “Biotəhlükəsizlik və biomühafizə” təlimində iştirakçılar biotəhlükəsizlik qaydaları, fərdi mühafizə geyimləri, tullantıların idarə edilməsi, patogen mikroorqanizmlərlə təhlükəsiz iş və genetik manipulyasiyaların riskləri barədə məlumat əldə edəcəklər.