ADNSU-da 18 yeni laboratoriya yaradılacaq
ADNSU-nun Fizika və Kimya laboratoriyalarında çalışan laborantlar UFAZ laboratoriyalarında praktiki təlimlərə cəlb olunublar.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2026-cı ildə ADNSU-da UFAZ təcrübəsi əsasında 18 yeni laboratoriya istifadəyə veriləcək.
Bu laboratoriyalarda yüksək səviyyədə təlim keçmiş laborantlar fəaliyyət göstərəcəklər.




