ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

19 Yanvar, 2026 - 16:00
ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Yanvarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Milli birlik və vətənpərvərliyin simvolu – 20 Yanvar” adlı "dəyirmi masa" keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, universitet rəhbərliyi və professor-müəllim heyəti əvvəlcə ADNSU-nun 20 Yanvar faciəsi şəhidlərinin universitetdə olan barelyeflərini ziyarət ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru dosent Rüfət Əzizov çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq iradəsinin sarsılmazlığının və azadlıq yolundakı birliyinin parlaq təzahürü olduğunu bildirib. Rektor qeyd edib ki, azadlıq və suverenlik uğrunda canlarını fəda etmiş şəhidlərin qəhrəmanlığı müstəqil Azərbaycan dövlətinin möhkəm təməllər üzərində formalaşmasının əsasını təşkil edir və bu səbəbdən də tarixi həqiqətlərin gənc nəsilə aşılanması xüsusi əhəmiyyət daşıyır. 

Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra Humanitar fənlər kafedrasının professoru İradə Nuriyeva, “Qızıl qələm” media mükafatçısı, yazıçı-publisist Sevinc Ədalətqızı, Humanitar fənlər kafedrasının dosenti Ruslan Abdullayev və kafedranın baş müəllimi Könül Abdullayeva çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən, həmçinin 20 Yanvar faciəsinin tarixi və siyasi mahiyyətindən danışıblar.

Tədbir çərçivəsində iştirakçılar Kitabxana İnformasiya Mərkəzi tərəfindən təşkil olunmuş "20 yanvar faciəsi" adlı kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunmuş 50-dən çox kitab, jurnal nümayiş olunub. 