ADNSU-da kitab sərgisi təşkil olunub
İyunun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Xalqın güvənc yeri, dövlətin dayağı – Azərbaycan Ordusu” adlı kitab sərgisi təşkil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, sərginin məqsədi Azərbaycan Ordusunun keçdiyi şərəfli yol, ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər və hərb tariximiz haqqında maarifləndirməni artırmaqdır. Sərgidə ordu quruculuğu, Azərbaycan hərb tarixinin müxtəlif dövrləri, Vətən müharibələri, xüsusilə də 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqdan bəhs edən 50-dən artıq Azərbaycan və xarici dildə nəşr olunmuş kitab, dövri mətbuat nümunələri və foto materiallar nümayiş olunur.
Kitab sərgisi iyun ayının sonunadək davam edəcək.




