ADNSU-da “Müasir texnologiyanın logistikada həlləri” mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsinin (EF) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Müasir Texnologiyanın Logistikada həlləri” adlı təlim keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim zamanı logistika sahəsində müasir texnologiyaların tətbiqi, nəqliyyat və təchizat zəncirində innovativ həllər, eləcə də real iş mühitində istifadə olunan praktik yanaşmalar barədə ətraflı məlumat verilib.
Təlimçi, Avrora Group Tamstore MMC-nin Logistika və Nəqliyyat meneceri Rövşən Hüseynov, tələbələrlə öz peşəkar təcrübəsini bölüşərək logistika sahəsində qarşıya çıxan problemlər və onların texnoloji həll yolları haqqında fikirlərini bölüşüb.
Qeyd edək ki, belə maarifləndirici və faydalı təlimlərin təşkil olunması tələbələrin bilik və bacarıqlarının inkişafına, onların gələcək karyera yolunda daha hazırlıqlı olmalarına mühüm töhfə verir.



