Ali məktəbə qəbul olan tələbələrin sayı 80 faizdən çox artıb
Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 80 faizdən çox artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Nazir müavini bildirib ki, 2026-2027-ci tədris ilində 78 min tələbə ali təhsil müəssisələrinə qəbul olunub: “Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı 2,5 dəfə artıb. Təhsil Tələbə Kredit Fondu üzrə bu günə qədər 97 min kredit müqaviləsi rəsmiləşdirilib”.




