ADNSU-da süni intellektə həsr olunmuş veb-seminar keçirilib

5 Dekabr, 2025 - 17:09
ADNSU-da süni intellektə həsr olunmuş veb-seminar keçirilib
ADNSU-da süni intellektə həsr olunmuş veb-seminar keçirilib
ADNSU-da süni intellektə həsr olunmuş veb-seminar keçirilib

Dekabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün “Artificial Intelligence and the Future of Work” mövzusunda beynəlxalq veb-seminar təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, seminarda Yeni Zelandiya, Serbiya, Meksika, Türkiyə, Tailand, Oman və Hindistan kimi müxtəlif ölkələrdən professor və mütəxəssislər iştirak ediblər. Tədbir çərçivəsində “Süni intellektin tədris sisteminə təsiri və tətbiqləri”, “Süni intellektin etibarlılığı”, “İş həyatı və iqtisadiyyatda qlobal perspektivlər” və digər aktual mövzular üzrə geniş və maraqlı məruzələr təqdim olunub.

Tədbirin sonunda ADNSU tələbələrinin və beynəlxalq tələbələrin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb və tələbələrin sualları ekspertlər tərəfindən ətraflı şəkildə cavablandırılıb.