ADNSU startapı robot yarışında qalib gəlib – Azərbaycanı Çində təmsil edəcək

16 İyun, 2026 - 13:37
ADNSU startapı robot yarışında qalib gəlib – Azərbaycanı Çində təmsil edəcək

"RobotChallenge Azerbaijan 2026" yarışında AIRT komandası böyük uğura imza atıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təsis edilmiş AIRT startapı “Freestyle Adult (Startup)” kateqoriyası üzrə təqdim etdiyi avtonom quadruped robotu AID-1 ilə 1-ci yeri qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, AIRT komandası tərəfindən hazırlanmış AID-1 təhlükəli və insan həyatı üçün riskli şəraitlərdə istifadə olunmaq üçün nəzərdə tutulmuş innovativ robot platformasıdır. Robot müdafiə sənayesi, sənaye inspeksiyası, təhlükəsizlik və fövqəladə halların idarə olunması kimi sahələrdə əməliyyat imkanlarını artırmağa xidmət edir. Avtonom idarəetmə və çevik hərəkət imkanlarına malik olan AID-1 mürəkkəb ərazilərdə effektiv fəaliyyət göstərə bilir.

Yarış çərçivəsində ADNSU tərəfindən xüsusi innovasiya stendi də təşkil olunub. Stenddə universitetin müxtəlif texnoloji layihələri, robototexnika həlləri və startap təşəbbüsləri nümayiş etdirilib. Təqdim olunan layihələr iştirakçılar, beynəlxalq qonaqlar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Elviz İsmayılov və Startup və Texnologiya Transferi Ofisinin nümayəndəsi Qədim Qədimov də iştirak ediblər.

AIRT layihəsinin əldə etdiyi bu nəticə ADNSU-da formalaşan innovasiya ekosisteminin, universitet–startap əməkdaşlığının və Azərbaycan gənclərinin texnologiya sahəsində artan potensialının növbəti uğurlu göstəricisi hesab olunur.

Qazanılan birincilik nəticəsində AIRT komandası Çində keçiriləcək RobotChallenge beynəlxalq final mərhələsində iştirak etmək və Azərbaycanı beynəlxalq arenada təmsil etmək hüququ qazanıb.

Bu nailiyyət ölkəmizdə robototexnika, süni intellekt və yüksək texnologiyalar sahəsində inkişaf edən startap mühitinin gücləndiyini göstərməklə yanaşı, gənc innovatorlar üçün də motivasiyaedici nümunə kimi qiymətləndirilir.