Ağcabədi Pedaqoji Kollecində narkotik vasitələrin zərərləri müzakirə edilib

15 May, 2026 - 11:56
Ağcabədi Pedaqoji Kollecində narkotik vasitələrin zərərləri müzakirə edilib

Mayın 14-də Ağcabədi Pedaqoji Kollecində “Narkotik asılılığı problemində ailələrin rolu və valideyn məsuliyyəti” mövzusunda tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Ağcabədi Rayon İcra Hakimiyyəti və Ağcabədi Pedaqoji Kolleci Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun, rayon polis şöbəsinin məsul əməkdaşları, eləcə də valideynlər, kollecin  tələbələri və müəllim heyəti iştirak edib.

Çıxışlar zamanı narkomaniya ilə mübarizədə ailə mühitinin qoruyucu təsiri və valideynlərin bu prosesdəki məsuliyyəti geniş müzakirə olunub. Bildirilib ki, sağlam gəncliyin formalaşdırılması, milli-mənəvi dəyərlərə sadiq nəslin yetişdirilməsi və gənclərin zərərli təsirlərdən qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Sonra iştirakçılar arasında narkotik vasitələrin zərərləri, onların yaratdığı ağır fəsadlar və narkomaniya ilə mübarizənin əhəmiyyəti barədə məlumatları əks etdirən maarifləndirici bukletlər paylanılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.