Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib

14 May, 2026 - 11:56
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Zeynal Rəşidli Ağdaş şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Zeynal Rəşidli 24 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olub.

2014-cü ildə Bakı şəhəri, Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib.

Ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə alıb və bakalavr səviyyəsini fərqlənmə ilə başa vurub. Daha sonra ABŞ-nin Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə həyata keçirdiyi “Təhsil və insan kapitalının inkişafı” ixtisası üzrə beynəlxalq ikili diplom magistr proqramını uğurla tamamlayıb.

2019–2024-cü illər ərzində bir sıra dövlət və özəl qurumlarda müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin avqust ayından Mərkəzi Aran Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunda baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib. Eyni zamanda, hazırda Mingəçevir Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.