AI bacarıqları hər kəs üçün vacib kompetensiyaya çevrilib - Gonzalo Manrike Sabatel

16 Fevral, 2026 - 12:00
AI bacarıqları hər kəs üçün vacib kompetensiyaya çevrilib - Gonzalo Manrike Sabatel

“IT SkillSprint” proqramının məqsədi yüksək potensiallı universitet tələbələrini intensiv, praktiki və real bazar tələblərinə uyğun təlim vasitəsilə qısa müddətdə əmək bazarına yönləndirməkdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri ““IT SkillsSprint” layihəsinin həyata keçirilməsində iştirak edən “Ironhack” şirkətinin direktoru Gonzalo Manrike Sabatel adıçəkilən təhsil proqramının açılışında səsləndirib. 

Onun sözlərinə görə, Azərbaycan bu proqramın icrası üçün doğru seçilmiş məkandır: “Ölkədə rəqəmsal adaptasiya güclüdür, internet istifadəsi 85%-dən yuxarıdır, 2023-cü il üzrə isə 89%-ə çatmışdır. İKT sektoru 3.65 milyard manat həcmindədir və illik 13% artım nümayiş etdirir. Ekosistem də beynəlxalq səviyyədə görünürlük qazanır, Azərbaycan 2025-ci il üzrə “Global Startup Ecosystem Index”də dünyada 74-cü yerdə qərarlaşmışdır. Bu da proqramın tələbat göstəriciləri də eyni mənzərəni ortaya qoyur”.

Direktor qeyd edib ki, bu proqrama 1 100-dən çox müraciət olmuş və yalnız 123 nəfər seçilmişdir, bu, təxminən 11%-lik qəbul göstəricisi deməkdir: “Proqram çərçivəsində dörd istiqamət tam gücü ilə icra olunur: “veb-development”, DevOps, data analitikası və kibertəhlükəsizlik. Süni intellekt isə bütün kurikulumlara inteqrasiya olunub. Çünki bu gün AI bacarıqları artıq hər kəs üçün vacib kompetensiyaya çevrilib.

Bu istiqamətlər təsadüfi seçilməyib. Onlar birbaşa olaraq şirkətlərin işə qəbul etdiyi rollara və müasir iqtisadiyyatların ehtiyac duyduğu bacarıqlara uyğundur. “Ironhack” və tərəfdaşlarımız üçün uğurun əsas göstəricisi məzunların məşğulluq səviyyəsidir,  yəni qazanılan bacarıqların real karyera imkanlarına çevrilməsi.

Bu məqsədlə biz qlobal standartları və real sənaye təcrübəsini auditoriyaya gətirən beynəlxalq müəllim və mentor heyəti formalaşdırmışıq. Eyni zamanda, Bakıda yerli əməliyyat komandası proqramın uğurla icrasını təmin edir”, – deyə o qeyd edib.