Rəqəmsal bacarıqlara yiyələnən şagirdlərin sayı 530 mini ötüb
"Azərbaycanda şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı və STEAM təhsilinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində göstəricilər əhəmiyyətli dərəcədə artıb".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov məlumat verib.
Staristikaya əsasən, 2017-ci ildə 6 500 şagird "Rəqəmsal bacarıqlar" layihəsinə cəlb olunduğu halda, 2025-ci ildə bu rəqəm 530 minə çatıb.
Belə ki, 2018-ci ildə layihə 26 min, 2019-cu ildə 70 min, 2020-ci ildə 120 min, 2021-ci ildə 190 min, 2022-ci ildə 300 min, 2023-cü ildə 410 min, 2024-cü ildə isə 500 min şagirdi əhatə edib.
STEAM təhsilinin əhatə dairəsində də artım qeydə alınıb. 2019-cu ildə bu istiqamət üzrə 6 800 şagird təhsil aldığı halda, 2020-ci ildə onların sayı 35 minə, 2021-ci ildə 91 minə, 2022-ci ildə 135 minə, 2023-cü ildə 177 minə, 2024-cü ildə 218 minə yüksəlib.
2025-ci ildə isə STEAM təhsilinə cəlb olunan şagirdlərin sayı 300 minə çatıb.
Statistik göstəricilər hər iki istiqamətdə əhatə dairəsinin genişləndiyini nümayiş etdirir.
Qeyd edək ki, layihə çərçivəsində təhsilverənlər üçün ixtisasartırma, tədris planlarının təkmilləşdirilməsi, İT infrastrukturunun qurulması, məzmunun yenilənməsi və metodiki dəstək istiqamətlərində işlər görülüb.




