Ali məktəbə qəbul olan kənd rayonları abituriyentlərinin sayı artıb
Son illər qəbul imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin arasında kənd rayonları abituriyentlərinin sayı artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Hesabata görə, 2011-ci ildə kənd rayonlarından olan abituriyentlərin sayı imtahanda iştirak edən abituriyentlər içərisində 52.76%, qəbul olan abituriyentlər içərisində isə 45.59% idisə, artıq 2015-ci ildə bu rəqəmlər, müvafiq olaraq, 54.67% və 50.05%-ə, 2016-cı ildə 55.51% və 52.13%, 2017-ci ildə 57.13% və 52.67%, 2018-ci ildə 58.18% və 54.15%-ə, 2019-cu ildə 57.82% və 54.38%-ə, 2020-ci ildə 59.64% və 56.84%-ə, 2021-ci ildə 59.67% və 55.84%-ə, 2022-ci ildə 58.62% və 54.96%-ə, 2023-cü ildə 57.98% və 53.40%-ə, 2024-cü ildə 57.86% və 53.26%-ə bərabər olub.



