Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır
Bu gündən etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır.
"Azərbaycan müəllimi" xəbər verir ki, ixtisas seçimi sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Qeyd edək ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.




