ATU-da ingilis dilini bilən əməkdaşların maaşı artırılacaq

26 Noyabr, 2026 - 20:32
ATU-da ingilis dilini bilən əməkdaşların maaşı artırılacaq

Azərbaycan Tibb Universitetinin (ATU) təşkil etdiyi kurslarda ingilis dili üzrə B2 səviyyəsini təsdiqləyən professor-müəllim heyətinə, baş laborantlara, doktorant və dissertantlara diferensial əməkhaqqı tətbiq ediləcək.

“Azərbaycan müəllimi” ATU-ya istinadən xəbər verir ki, bununla bağlı qərar universitetin Böyük Elmi Şurasının növbəti iclasında qəbul olunub.

İclasda, həmçinin təhsil proqramlarının genişləndirilməsi və yeni magistratura ixtisaslaşmalarının yaradılması məsələlərinə baxılıb. Bu çərçivədə “Biologiya” ixtisası üzrə “Tibbi fiziologiya”, “İnsan anatomiyası”, “Histologiya və embriologiya”, “Qidalanma və dietologiya” ixtisası üzrə isə “Nutrisiologiya” və “Qida keyfiyyəti və təhlükəsizliyi” ixtisaslaşmalarının açılması ilə bağlı təkliflər müzakirə olunub.