“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat BAŞLADI
Sentyabr 10-dan xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili" – Azərbaycan məktəbinə qeydiyyat başlayır.
“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün əhəmiyyətli bir layihənin tətbiqinə start verir.
2026-2027-ci tədris ilini əhatə edəcək layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.
“Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər.
Elektron poçt: anadili@agma.az
Mobil: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”).
Son qeydiyyat tarixi: 23 sentyabr 2026-cı il.




