Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb
2025-ci il iyunun 29-da keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanda istifadə edilmiş qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
Bu barədə “Azərbaycan müəllimi”nə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Doğru cavab etalonları ilə müvafiq keçidlərdən (9 illik, 11 illik) tanış ola bilərsiniz.
Bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin bir həftədən sonra elan edilməsi nəzərdə tutulur.



