Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 İyul, 2025 - 11:13
Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir
Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

“Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılması imtahanı üzrə ekspertlərin apardıqları təkrar qiymətləndirmə, elmi-metodik və psixometrik təhlil nəticəsində imtahanda istifadə edilmiş 3 sual iştirakçıların lehinə olmaqla qiymətləndirmədən çıxarılıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı söyləyib.

Emin Əmrullayev bildirib ki, Azərbaycan dili üzrə 1, ədəbiyyat üzrə 2 sual çıxarılıb: “Bununla da 22 nəfərin nəticəsi 0–29 aralığından 30–50 bal aralığına keçir. 24 nəfərin nəticəsi 30–50 aralığından 51+ aralığına keçir”.