Müsəlman ölkələrində təhsil layihələrinə verilən dəstək yüksək qiymətləndirilir - ICESCO-nun Baş direktoru
Azərbaycanın İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv olan müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstək yüksək qiymətləndirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevlə görüşündə bildirib.
Baş direktor bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığı xüsusi qeyd edib, onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrinin əhəmiyyətini vurğulayıb.




