Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.




