Azərbaycan Gənclər Fondu və İTE ilə əməkdaşlıq çərçivəsində keçirilən layihə yekunlaşıb

13 Oktyabr, 2024 - 19:55

Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşən və Təhsildə İnnovativ Texnologiyalar (ITE) ilə əməkdaşlıq çərçivəsində "Azərbaycanda İKT təhsili və sertifikatlaşdırma vasitəsilə qadınların bu sahədə rolunun gücləndirilməsi” layihəsi yekunlaşıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihəyə 200-ə yaxın müraciət olub və seçim kriteriyalarına əsasən, 30 namizəd layihə çərçivəsində İT üzrə beynəlxalq sertifikat almaq hüququ qazanıb. 

Bu prosesdə onlar üçün konsultasiyalar və infosessiyalar təşkil olunub.

Layihənin yekununda 20 iştirakçı beynəlxalq sertifikat imtahanında iştirak edib. İştirakçıların əksəriyyəti imtahanlarda uğur qazanıb və beynəlxalq sertifikat əldə edib.