Azərbaycan Milli İqtisadiyyat və Fəlsəfə Olimpiadalarının Azərbaycan üzrə seçim mərhələsi keçirilib

26 Yanvar, 2026 - 18:16
Azərbaycan Milli İqtisadiyyat və Fəlsəfə Olimpiadalarının Azərbaycan üzrə seçim mərhələsi keçirilib

28 yanvar 2026-cı il 11:00-da Azərbaycan Milli İqtisadiyyat və Fəlsəfə Olimpiadalarının ölkə üzrə seçim mərhələsi "Global Olympiad Center"in təşkilatçılığı ilə uğurla həyata keçirilib. Hər iki olimpiada eyni gündə və eyni vaxtda, saat 11:00-da start götürüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, yarışma ölkənin müxtəlif bölgələrdən olan şagirdləri iştirakı ilə Bakı Biznes Universitetində təşkil olunub. İştirakçılar seçim turunda bilik və bacarıqlarını nümayiş etdirərək növbəti mərhələlərə vəsiqə qazanmaq üçün mübarizə aparıblar. Seçim mərhələsində iştirak edən şagirdlər iqtisadiyyat və fəlsəfə sahəsində mövcud biliklərini tətbiq etməklə yanaşı, analitik düşüncə və problem həll etmə bacarıqlarını da nümayiş etdiriblər.

AzFO (Azərbaycan Fəlsəfə Olimpiadası), Beynəlxalq Fəlsəfə Olimpiadasına (IPO) aparan rəsmi milli seçim mərhələsi olaraq ölkəmizdə ən yüksək intellektual səviyyəyə malik şagirdləri müəyyən edir. Burada ən yüksək nəticə göstərən iştirakçılar Azərbaycanı 2026-cı ilin may ayında Polşanın Varşava şəhərində keçiriləcək IPO yarışında təmsil edəcəklər. Yarışmanın məqsədi şagirdlərin fəlsəfi düşüncə və məntiqi təhlil qabiliyyətlərini sınamaq, eləcə də onların beynəlxalq səviyyədə təcrübə qazanmasını təmin etməkdir.

Azərbaycan Milli İqtisadiyyat Olimpiadası (AzMİO) isə ölkəmizdə Beynəlxalq İqtisadiyyat Olimpiadasının (IEO) rəsmi yerli mərhələsidir. Seçim mərhələsində yüksək nəticə göstərən şagirdlər 2026-cı ilin iyun ayında Çin, Suzhou şəhərində keçiriləcək IEO beynəlxalq yarışında iştirak edərək ölkəmizi təmsil edəcəklər. AzMİO iştirakçıları iqtisadi nəzəriyyələr, maliyyə və biznes bilikləri, eləcə də analitik və strateji düşüncə bacarıqları üzrə sınaqdan keçirilir.

Qeyd edək ki, hər iki olimpiadanın seçim mərhələsinin nəticələri yaxın günlərdə elan olunacaq ölkə üzrə finala keçən şagirdlərin adına aydınlıq gələcək. "Global Olympiad Center" bütün iştirakçılara növbəti mərhələlərdə uğurlar arzulayır və onların beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edəcəyinə inanırıq.