"Azercell Cup" müsabiqəsinin qalibləri AÇIQLANDI
Sentyabrın 27-də Təhsil İnstitutu və “Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Azercell Cup” müsabiqəsinin final mərhələsi keçirilib.
ARTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, final mərhələsində şagirdlərin yazdıqları kodlar yoxlanılıb, nəticələrə əsasən qaliblər müəyyənləşdirilib.
Qeyd edək ki, müsabiqə informatika fənni üzrə növbəti illərdə beynəlxalq olimpiadalara hazırlaşacaq şagirdlərin hazırlıq dərslərinə seçilməsi məqsədilə təşkil olunub.
Ətraflı məlumat üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: https://azercellcup.org/competition/253/leaderboard




