Azərbaycanlı tələbələr “ICPC Global”ın tədbirlərinə qatılacaqlar
“Yarış öncəsi həm universitetlər, həm də ICPC-ni dəstəkləyən təşkilatlarla görüşlər və müzakirələr aparılıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri ICPC Dünya Finalı 2025 çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Vüsal Xəlilov səsləndirib.
Onun sözlərinə görə, bu proseslər arasında xüsusi vurğulanmalı məqam “ICPC Global” ilə aparılan danışıqlardır:
“Artıq müəyyən məsələlər üzrə razılıq əldə olunub: azərbaycanlı tələbələrin “ICPC Global” tərəfindən keçirilən tədbirlərə qatılması və həmin tədbirlərdə əldə olunan təcrübələrin Azərbaycanda müzakirəyə çıxarılması təmin ediləcək. Bu təşəbbüs gələcəkdə bu sahədə təhsil alan tələbələrin sayının artımına ciddi töhfə verəcək.



