“Azercell CUP” müsabiqəsinə qeydiyyat başladı

21 May, 2026 - 13:38
“Azercell CUP” müsabiqəsinə qeydiyyat başladı

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə ənənəvi “Azercell CUP” müsabiqəsinə start verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlərin qeydiyyat prosesinə başlanılıb.

Müsabiqə ümumtəhsil məktəblərinin 6-cı və 7-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Bununla yanaşı, xarici ölkələrdə təhsil alan 12-13 yaşlı Azərbaycan vətəndaşı olan məktəblilər də layihəyə qoşula bilərlər.

Layihənin əsas məqsədi məktəblilərin rəqəmsal dünyanın sirlərini daha dərindən öyrənmələrinə şərait yaratmaq və onların bu sahədəki potensialını, istedadını üzə çıxarmaqdır. Rəqəmsal texnologiyalar və proqramlaşdırma ilə maraqlanan gənclər bu müsabiqə vasitəsilə öz biliklərini nümayiş etdirmək imkanı qazanacaqlar.

Qeydiyyat və müsabiqə şərtləri barədə daha ətraflı məlumat əldə etmək üçün təşkilatçı qurumların rəsmi internet səhifələrinə müraciət etmək mümkündür.