AzMİU-da investisiya-tikinti kompleksinin inkişafı mövzusunda seminar keçirilib

20 Noyabr, 2025 - 17:03

Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının təşəbbüsü ilə “Azərbaycan investisiya-tikinti kompleksi müəssisələrinin inkişaf şərtləri və xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

AzMİU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, seminarda universitetimizin əməkdaşları ilə bərabər təcrübə mübadiləsi çərçivəsində elmi ezamiyyətdə olan Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Aviasiya Milli Universitetindən olan magistrantları da iştirak ediblər. Seminar kafedranın dosent əvəzi, iqtisad üzrə fəlsəfə doktoru Fərahim Vəliyevin təqdimatı ilə baş tutub.

Tədbirdə ölkəmizin mənzil bazarında qiymət artımına təsir edən amillər təhlil olunub, həmin amillərin təsnifatı aparılıb və investisiya-tikinti müəssisələrinin fəaliyyətinin səmərəli təşkili üçün zəruri təşkilati-iqtisadi mexanizmlərin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, bu mexanizmlər düzgün müəyyənləşdirilmiş prinsiplər əsasında tətbiq edildikdə tikinti sektorunun balanslaşdırılmış və dayanıqlı inkişafına şərait yaradır. Əks halda sistemin sabitliyində risklər yarana bilər.

Seminar çərçivəsində investisiya-tikinti kompleksinə daxil olan müəssisələrin mənzil bazarındakı inkişaf səviyyəsinin qiymətləndirilməsi metodikasından söz açılıb.

Tədbir iştirakçıların çoxsaylı sualları ilə davam edib.