AzMİU tələbəsi beynəlxalq yarışda uğur qazanıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "İnşaat mühəndisliyi" ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Rəşid-Tağı Mirzəyev həm ölkə, həm də beynəlxalq səviyyədə “Brazilian Jiu-Jitsu” idman növü üzrə əldə etdiyi nailiyyətlərlə fərqlənib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Rəşid-Tağı Mirzəyev 2025-ci ildə keçirilən “AJP TOUR TURKEY NATIONAL JIU-JITSU CHAMPIONSHIP – GI & NO-GI” turnirində “Men’s No-Gi/Blue/Amateur/62 kg” kateqoriyasında uğurla çıxış edib. O həmçinin “Grappling” üzrə respublika birinciliyi və çempionatında da dəfələrlə fəxri yerlərə layiq görülüb.
O, indiyədək qazandığı uğurlarla Azərbaycan idmanının inkişafına və AzMİU-nun adının beynəlxalq arenada tanıdılmasına töhfə verib:
- 2 dəfə Respublika üzrə 1-ci yer,
- 2 dəfə Respublika üzrə 2-ci yer,
- 2 dəfə Bakı üzrə 3-cü yer,
- 2 dəfə Bakı üzrə 2-ci yer,
- 2 dəfə Bakı birinciliyi üzrə 2-ci yer,
- Assosiasiya kuboku – 2-ci yer.
2017-ci ildən “Brazilian Jiu-Jitsu” ilə məşğul olan Rəşid-Tağı Mirzəyev hazırda “Submachine Jiu-Jitsu” komandasının üzvüdür. Bundan əvvəl o, cüdo idman növü ilə də məşğul olub.
 

 
                         
                         
                        

 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            