AzTU-da tədqiqat universitetinə transformasiyanın strateji prioritetləri müzakirə olunub

29 Oktyabr, 2026 - 17:05
AzTU-da tədqiqat universitetinə transformasiyanın strateji prioritetləri müzakirə olunub

Azərbaycan Texniki Universitetində (AzTU) tədqiqat universitetinə transformasiyanın növbəti mərhələsi üzrə strateji prioritetlər müzakirə olunub. Rektor Vilayət Vəliyevin sədrliyi ilə keçirilən görüşdə cari ilin elmi nailiyyətləri, beynəlxalq akademik nüfuzun yüksəldilməsi və qarşıda duran əsas vəzifələr diqqət mərkəzində olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə il ərzində həyata keçirilən təşəbbüslər və əldə olunan nəticələr təhlil edilib. Elmi-tədqiqat fəaliyyətində müşahidə olunan müsbət dinamika yüksək qiymətləndirilib, bu irəliləyişin davamlılığını təmin edən amillər və gələcək inkişaf imkanları nəzərdən keçirilib.

Əsas müzakirə istiqamətləri sırasında tədqiqat potensialının gücləndirilməsi, nüfuzlu beynəlxalq jurnallarda elmi nəşrlərin artırılması və xarici tərəfdaşlarla birgə layihələrin genişləndirilməsi yer alıb. Universitet-sənaye əməkdaşlığı, elmi nəticələrin praktiki tətbiqi və innovasiya mühitinin inkişafı da xüsusi diqqət mərkəzində olub.

AzTU-nun transformasiya strategiyası elmi mükəmməlliyə əsaslanan dayanıqlı tədqiqat ekosisteminin formalaşdırılmasını, yeni biliklərin yaradılmasını və elmin iqtisadiyyata və cəmiyyətə töhfəsinin artırılmasını hədəfləyir. Bu baxımdan tədqiqatların yalnız kəmiyyət göstəriciləri deyil, onların keyfiyyəti, aktuallığı və real təsiri də mühüm əhəmiyyət daşıyır.

Görüşdə universitetin beynəlxalq akademik nüfuzunun yüksəlməsi və qlobal reytinqlərdə mövqeyinin yaxşılaşması müsbət nəticələr kimi dəyərləndirilib. Bununla yanaşı, beynəlxalq elmi şəbəkələrdə iştirakın genişləndirilməsi və qlobal rəqabət qabiliyyətinin artırılması üçün mövcud imkanlardan daha səmərəli istifadənin vacibliyi qeyd olunub.

Strateji məqsədlərə nail olmaq üçün struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi, resursların effektiv idarə olunması və elmi fəaliyyətin keyfiyyət və təsir meyarları əsasında qiymətləndirilməsi məsələlərinə də toxunulub.

Görüşün yekununda müəyyənləşdirilən prioritetlər üzrə fəaliyyətin əlaqələndirilmiş şəkildə davam etdirilməsi və əldə olunan nailiyyətlərin daha genişmiqyaslı nəticələrə çevrilməsi əsas vəzifələr kimi önə çəkilib.