AzTU ilə Özbəkistan universiteti birgə proqramlar hazırlayacaq

17 Fevral, 2025 - 15:17

Özbəkistanın Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universitetinin rektoru Azizxon Nodirovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.  

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş zamanı universitetlər arasında müvafiq sahələrdə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb. Xüsusilə iqtisadiyyat və idarəetmə sahəsi üzrə birgə proqramların hazırlanması, tədqiqatların yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda AzTU ilə Daşkənd Beynəlxalq Maliyyə İdarəetmə və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.