AzTU professoru Türkiyədə ustad dərsləri keçib
Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov Türkiyənin Gəbzə Texniki Universitetinə səfər edib.
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib.
Bildirilib ki, səfər zamanı Mehman Həsənov Gəbzə Texniki Univeristetinin əməkdaşları üçün müasir rabitə texnologiyaları istiqamətində ustad dərsləri keçib. Görüşlər zamanı iki ali təhsil müəssisəsi arasında birgə tədqiqat layihələrinin icrası, magistr və doktorant hazırlığı məsələləri müzakirə olunub.
AzTU professoru həmçinin Gəbzə Texniki Universitetinin nəzdində olan texnoparkla, universitetin müxtəlif elmi-tədqiqat mərkəzləri və əldə olunmuş tədiqat nəticələri ilə də tanış olub.




