Bakı üzrə fərdi təhsil alan şagirdlərin sayı açıqlanıb

25 Dekabr, 2025 - 13:00
Bakı üzrə fərdi təhsil alan şagirdlərin sayı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 182 təhsil müəssisəsində 561 şagird fərdi təhsil alır.

Bu barədə "Azərbaycan müəllimi"nə BŞTİ-dən məlumat verilib.

Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.