Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Mayın 31-dən iyunun 3-dək Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə təşkil olunan festivalın əsas məqsədi istedadlı uşaqları tanıtmaq, onlara böyük səhnədə çıxış etmək imkanı yaratmaq və peşəkarlarla birlikdə ortaq layihələr həyata keçirməkdir. Bu layihə nəsillər arasında yaradıcı varisliyin və sənət ənənələrinin qorunmasında gözəl bir körpü rolunu oynayır.
“Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı çərçivəsində tamaşaçılar üçün maraqlı konsert proqramları, sərgilər və musiqili təqdimatlar təşkil olunacaq. Festival günlərində gənc istedadların, rəqs, vokal və instrumental kollektivlərin çıxışları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı nəzərdə tutulub.
Giriş biletlərini şəhərin bütün mərkəzi kassalarından əldə edə bilərsiniz.



