Basketbol çempionatında böyük uğur – Cəlilabad məktəbliləri çempion olublar
Dekabrın 15-16 tarixlərində 2015-2016-cı il təvəllüdlü məktəblilər arasında basketbol idman növü üzrə respublika çempionatının final mərhələsi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, final mərhələsində Cəlilabad məktəbliləri bütün oyunları məğlubiyyətsiz keçirərək çempion olublar.
Komandanın məşqçisi, Cəlilabad Rayon Uşaq-Gənclər İdman–Şahmat Məktəbinin basketbol idman növü üzrə baş məşqçisi Muradxan Abdullayevdir.
Qeyd edək ki, məktəblilər arasında basketbol üzrə respublika çempionatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilib.
Respublika çempionatının keçirilməsində məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, şagirdlər arasında sağlam və aktiv həyat tərzini təşviq etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisini, sinifdənxaric və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işlərini daha da təkmilləşdirmək, idmançıların yarış təcrübəsini artırmaq, idman federasiyaları ilə əməkdaşlığı genişləndirmək, təhsil müəssisələrinin idman bazalarından səmərəli istifadəni təşkil etməkdən ibarətdir.


