Beynəlxalq Jautikov Olimpiadasına seçim imtahanı keçiriləcək

22 Sentyabr, 2026 - 10:52
Beynəlxalq Jautikov Olimpiadasına seçim imtahanı keçiriləcək

Sentyabrın 26–27-də Təhsil Texnologiyaları Mərkəzində riyaziyyat fənni üzrə yuxarı yaş qrupları üçün Beynəlxalq Jautikov Olimpiadasına seçim imtahanı keçiriləcək.

Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, seçim imtahanında ötən tədris ilində riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasının qalibləri iştirak edə bilərlər.
İmtahan hər iki gün saat 10:00-da başlayacaq və 4 saat 30 dəqiqə davam edəcək.

İştirakçıların imtahan binasına buraxılışı saat 09:30-dan etibarən həyata keçiriləcək. Şagirdlər imtahan binasına daxil olarkən şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.