Məktəblilərimiz Rumıniyadakı beynəlxalq müsabiqədə 4 medal qazanıblar

21 Oktyabr, 2026 - 15:25
Məktəblilərimiz Rumıniyadakı beynəlxalq müsabiqədə 4 medal qazanıblar

Məktəblilərimiz Rumıniyada təşkil olunan “Stars of Informatics” virtual proqramlaşdırma müsabiqəsində ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr göstəriblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, oktyabrın 16-19-da keçirilən nüfuzlu bilik yarışında komandamız 2 qızıl və 2 gümüş medal qazanıb.

Dünyanın 23 ölkəsindən 120 gənc istedadın qatıldığı müsabiqədə gənc proqramçılarımızın qazandığı uğurlar və medalların bölgüsü aşağıdakı kimidir:

Qızıl medalçılarımız:
• Vaqif Abdullayev – Göyçay şəhər 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi;
• Tuncay Paşayev – Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi.

Gümüş medalçılarımız:
• Mahmud İsalı – Bakı şəhər Kimya, biologiya təmayüllü liseyin 10-cu sinif şagirdi;
• Həsən Süleymanov – “Gənc İstedadlar” liseyinin 8-ci sinif şagirdiŞ

Qeyd edək ki, məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.