BDU-nun Qazax filialında təhsil alan 18 tələbə dönərdən zəhərlənib - AÇIQLAMA

11 Oktyabr, 2024 - 10:26

Qazaxda tələbələr dönərdən zəhərləniblər.

“Azərbaycan müəllimi” Report-a istinadən xəbər verir ki, hadisə dünən saat 19 radələrində baş verib. Tələbələrə zəhərlənmə diaqnozu qoyulub.

Zəhərlənənlər Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö.Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayevaya, 2001-ci il təvəllüdlü İ.Niyazovaya, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü. F. Süleymanovaya, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F.Nəsibovaya, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş.Məmmədovaya, 2005-ci il təvəllüdlü N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C.İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N.Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R.Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M.Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N.Məlikova, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R.Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G.Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M.Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O.Cəfərova və 2005-ci il təvəllüdlü A.İsgəndərovadır. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Zəhərlənmənin Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verdiyi qeyd edilib.

Bakı Dövlət Universitetindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, universitetin Qazax filialında baş verən hadisə ilə bağlı müvafiq tədbirlər görülür.