BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 Avqust, 2025 - 19:53
BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir
BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universiteti (HUJI) birgə ikili diplom proqramına qəbul elan edir.

BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, HUJI – dünya reytinqində TOP 300-də qərarlaşan, əsası Albert Eynşteyn və məşhur biokimyaçı, İsrailin ilk prezidenti Haym Veyzman tərəfindən qoyulmuş qabaqcıl təhsil və elm ocağıdır.

Proqramın üstünlükləri:

• Tədrisin ilk ili – I semestr BDU-da, II semestr HUJI-də

• Diplom müdafiəsi olmadan HUJI magistr dərəcəsi (non-thesis)

• Təhsilin ikinci ilini BDU-da davam etdirərək iki magistr diplomu əldə etmək imkanı

Kimlər müraciət edə bilərlər?

• “Biologiya”, “Biologiya müəllimliyi”, “Kimya”, “Kimya müəllimliyi”, “Kimya mühəndisliyi”, “Fizika”, “Fizika müəllimliyi” və ya “Ekologiya” ixtisasları üzrə bakalavr dərəcəsi olanlar və bu il ölkə universitetlərindən birinə qəbul olmuş magistrantlar

• ÜOMG 80 və yuxarı

• IELTS 6+ və ya TOEFL iBT 89+

• Tövsiyə məktubu və tibbi arayış

Son müraciət tarixi: 20 avqust 2025

Sənədlərinizi və suallarınızı huji@bsu.edu.az ünvanına göndərin.

Bu proqram Azərbaycan Respublikası Prezidentinin 711 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində həyata keçirilir.