Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

9 May, 2026 - 17:25
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavinləri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.

Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib, həmçinin müxtəlif rəqs kompozisiyaları təqdim edilib.

Qeyd edək ki, müsabiqə-festival üç mərhələdən ibarət olub. Birinci mərhələdə respublikada fəaliyyət göstərən 26 ali təhsil müəssisəsində yaradılmış münsiflər heyətlərinin iştirakı ilə seçim turları keçirilib. Bu mərhələdə 2000-ə yaxın tələbə iştirak edib. Onların arasından seçilən 576 tələbə növbəti mərhələyə vəsiqə qazanıb.

İkinci mərhələdə seçimlər peşəkar münsiflər heyəti tərəfindən həyata keçirilib. Münsiflərin qiymətləndirməsi əsasında final mərhələsinə vəsiqə qazanan iştirakçılar yekun konsertdə çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.

Final iştirakçılarının çıxışları Xalq artistləri Gülyanaq Məmmədova, Samir Cəfərov, Təranə Muradova, Əməkdar incəsənət xadimləri Baba Vəziroğlu və Hafiz Quliyev, Əməkdar artist Rəşad Həşimov və ustad tarzən Arslan Növrəslinin də yer aldığı nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Festivalın əsas məqsədi gənclər arasında bədii yaradıcılığa marağı artırmaq, onların mədəni potensialını inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkilinə dəstək vermək, eləcə də Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki zəngin irsini təbliğ etməkdir.

Müsabiqə-festivalın qalibləri yekun konsertin nəticələrinə uyğun olaraq müəyyən ediləcək.

Qaliblər Fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.