ARTi imtahan mərkəzləri ilə bağlı məlumat yaydı

10 İyun, 2026 - 16:37
ARTi imtahan mərkəzləri ilə bağlı məlumat yaydı

"Bilbacar" müsabiqəsinin finalçıları "Bilbacar" hesablarına daxil olaraq final imtahanı üzrə təyin olunmuş imtahan mərkəzi ilə tanış ola bilərlər.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.

İmtahan mərkəzi ilə bağlı məlumatı, həmçinin məktəbin "Bilbacar" koordinatorundan da öyrənmək mümkündür.

Qeyd edək ki, final imtahanı üzrə nəticələr imtahandan sonrakı iki iş günü ərzində elan olunacaq.