“Biologiya olimpiadasının gələcək çempionları" layihəsi fəaliyyətə başlayıb

8 Yanvar, 2025 - 10:36
“Biologiya olimpiadasının gələcək çempionları" layihəsi fəaliyyətə başlayıb

İsmayıllı şəhərində “Biologiya olimpiadasının gələcək çempionları" layihəsi fəaliyyətə başlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbdə İsmayıllının təhsil ictimaiyyəti nümayəndələrinin, 30-dan çox məktəblinin iştirakı ilə layihənin açılış tədbiri keçirilib. 

Layihə rəhbəri 2 nömrəli tam orta məktəbin biologiya müəllimi Qumru Həmidova bildirib ki, məqsəd İsmayıllı rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin biologiya fənn müsabiqələrinə hazırlaşmasına dəstək göstərməkdir.

Aprelin 7-dək İsmayıllı məktəblərində təhsil alan 60 nəfər 7-ci sinif şagirdinin respublika fənn müsabiqəsinə hazırlaşdırılması nəzərdə tutulur.