BSU-da "Yeni çağırışlar" kitabının təqdimatı keçiriləcək

16 May, 2026 - 17:21
BSU-da "Yeni çağırışlar" kitabının təqdimatı keçiriləcək

23 may saat 11.00-da Bakı Slavyan Universitetində (BSU) "Yeni çağırışlar" kitabının təqdimatı keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir iştirakçılarına kitab hədiyyə təqdim olunacaq. Təqdimatda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Yerlər məhuddur.

Qeydiyyat üçün: https://forms.gle/zhyKC1PCMQThnnRk9

Məlumat üçün bildirək ki, kitab Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Yeni çağırışlar” müzakirə proqramı əsasında hazırlanıb.

"Yeni çağırışlar"da təhsil nazirləri, Harvard, MIT, Stenford və digər nüfuzlu universitetlərin professorları, mötəbər qurumların rəhbərlərinin aktual mövzuları əhatə edən müsahibələr yer alır, təhsildə köklü dəyişikliklər üçün yol xəritəsi təqdim olunur, dünya standartları öz əksini tapır.

Kitab Harvard Universitetinin nüfuzlu professoru, “çoxnövlü intellekt” nəzəriyyəsinin banisi Hovard Qardner və digər dünyaşöhrətli təhsil mütəfəkkirləri tərəfindən yüksək qiymətləndirilib.