Bu gün keçirilən imtahandan 11 nəfər xaric edilib

7 İyun, 2026 - 14:41
Bu gün keçirilən imtahandan 11 nəfər xaric edilib

Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün keçirdiyi qəbul imtahanlarında ciddi qayda pozuntuları qeydə alınıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, imtahan prosesi zamanı ümumilikdə 11 nəfər xaric edilib. Onlardan 10-u üzərində mobil telefon aşkarlanan abituriyentlərdir. Digər şəxs isə qaydaları pozaraq zala "ağıllı" saatla daxil olan nəzarətçi-müəllimdir. 

DİM-dən verilən məlumata görə, protokollaşdırılan hər bir hal ilə bağlı hazırda araşdırma aparılır.