Bu ilin sonunadək 5 yeni incəsənət məktəbi istifadəyə veriləcək

18 Mart, 2026 - 12:24
Bu ilin sonunadək 5 yeni incəsənət məktəbi istifadəyə veriləcək

Bu ilin sonuna qədər 5 yeni incəsənət məktəbi istifadəyə veriləcək.

"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəblərdən biri Bakının Bilgəh qəsəbəsində, biri Gəncə şəhərində, digər üçü isə Şəki şəhərində olacaq.