Bu layihənin ilk məzunlarının 95 faizi ali məktəblərə daxil olub – MÜTDA direktoru

11 Sentyabr, 2026 - 10:39
Bu layihənin ilk məzunlarının 95 faizi ali məktəblərə daxil olub

Yeni təmayül tədris modeli layihəsi 2024–2025-ci tədris ilində 5 məktəbdə başlayıb, 2025–2026-cı tədris ilində isə 14 məktəbdə davam edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu il layihənin ilk məzunlarının 95 faizi ali təhsil müəssisələrinə qəbul olunub:

“Bu, ilkin nəticə modelin daha geniş miqyasda tətbiqi üçün əsas yaradır. Yeni tədris ilində layihənin 90 məktəbə genişləndirilməsini nəzərdə tutmuşuq. Bu siniflərdə təhsil almaq üçün qısa müddətdə 20 minə yaxın müraciətin daxil olması modelə yüksək marağın olduğunu göstərir”.