Bu şəhərlərin də məktəblərində kağız jurnal ləğv ediləcək – SİYAHI

28 Aprel, 2026 - 12:41
Bu şəhərlərin də məktəblərində kağız jurnal ləğv ediləcək

“Rəqəmsal məktəb” platforması gələn tədris ilindən daha 5 şəhərdə tam tətbiq olunacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün  təşkil olunan brifinqdə deyib.

O qeyd edib ki, Gəncə, Mingəçevir, Sumqayıt, Naxçıvan şəhərlərinin və Abşeron rayonunun məktəblərində kağız jurnal ləğv ediləcək.