Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 İyul, 2025 - 11:52
Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq
Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

“Dövlət sifarişli yerlərin sayı təxminən 2% artıb. Bu il qəbul olan abituriyentlərin, demək olar ki, yarısı dövlət sifarişli yerlərə qəbul olunacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə söyləyib. 

O bildirib ki, abituriyentlərin 46.69%-i dövlət sifarişi əsasında, 53,31%-i isə ödənişli əsaslarla təhsil alacaqlar. Abituriyentlərin 84.13%-i dövlət, 15,87%-i isə özəl ali təhsil müəssisələrini seçə bilərlər.