Çayların tədqiqi ilə bağlı yeni metod təklif olunub

12 Dekabr, 2024 - 12:05

Çayların su ehtiyatlarının tədqiqi prosesində zaman-məkan məhdudiyyətlərini və müşahidə məlumatlarından asılılığı aradan qaldırmağa imkan verən yeni metod təklif olunub.

Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib.

Bu metod istənilən təbii şəraitdə, o cümlədən ekstremal ərazilərdə su ehtiyatlarını qiymətləndirməyə imkan verir.