Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu 

14 May, 2026 - 16:06
Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu 

Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Rüstəmzadə Tunar Rüstəm oğlu Fransanın Lion şəhərində keçirilən uşu üzrə 20-ci Avropa çempionatında böyük uğura imza atıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 5–10 may 2026-cı il tarixlərində təşkil olunan çempionatda 48 kq çəki dərəcəsində mübarizə aparan Tunar Rüstəmzadə qızıl medala layiq görülüb. 

Qeyd edək ki, Tunar Rüstəmzadə 2025-ci ildə Yunanıstanın Heraklion şəhərində keçirilən Avropa çempionatında da 42 kq çəki dərəcəsində qızıl medal qazanaraq yüksək nailiyyət əldə edib.

Cəbrayıl məktəblisi ardıcıl iki dəfə Avropa çempionu oldu