Ceyhun Məmmədov: Elmə ayrılan vəsait artırılmalıdır
“Dövlət təhhsil sahəsinə böyük diqqət ayırır və biz bunu gündəlik həyatımızda hiss edirik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri və Elm və təhsil komitələrinin birgə iclasında millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, bu il dövlət büdcəsində bu məqsəd üçün 229 milyon manat nəzərdə tutulub.
Onun fikrincə, elmimizin və universitetlərin tədqiqat yönümlü fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün bu vəsait artırılmalıdır.



