Daha çox SABAH tələbəsi hansı universitetlərdədir?

27 Yanvar, 2026 - 10:16
Daha çox SABAH tələbəsi hansı universitetlərdədir?

Azərbaycanda 2025/2026-cı tədris ilində 33 ixtisas üzrə SABAH proqramına tələbə qəbulu aparılıb. Bu ixtisaslar üzrə 1972 tələbə bakalavr, 512 tələbə magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.

Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, SABAH proqramında iştirak edən tələbə sayına görə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti kimi universitetlər daha ön plana çıxmaqdadır.

Ümumilikdə 13 ali təhsil müəssisəsində SABAH proqramı təşkil olunur. Bu ali təhsil müəssisələri arasında SABAH proqramında ilk dəfə iştirak edən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti və s. kimi universitetlər var.